CƏMİYYƏT


Qarabağ atları İstanbulda Etnosport Festivalında

İstanbulda VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalı başlayıb. Ölkəmiz festivalda Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarət nümayəndə heyəti və “Azərbaycan çadırı” ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, Dünya Etnosport Konfederasiyası tərəfindən təşkil olunan festivala Azərbaycandan 14 Qarabağ atı gətirilib. Nümayəndə heyətimiz xalqımızın qəhrəmanlıq rəmzlərindən olan “Koroğlu”nun adını daşıyan şou-kompozisiya ilə çıxış edəcək. Kompozisiyanın əsasını Qarabağ atları, milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.