CƏMİYYƏT
Birinci Qarabağ müharibəsinin şəhidi Göyçayda dəfn olunub
06.06.2024 [19:06]
Xəbərin mətni
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Eldarov Rasim Səfər oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Füzuli rayonunun Kürdmahmudlu kəndində naməlum şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Ulaşlı-Şıxlı kəndinə gətirilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.