Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qarabağ atları Etnosport Beynəlxalq Mədəniyyət Festivalında nümayiş etdirilib

07.06.2024 [10:36]

Xəbərin mətni

İyun ayının 6-da Türkiyə Respublikasının İstanbul şəhərində VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.
30-dan çox ölkənin iştirak etdiyi və Dünya Etnosport Konfederasiyası tərəfindən keçirilən festivalda ölkəmiz Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarət nümayəndə heyəti, 14 Qarabağ atı və Ankarada səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə qurulmuş “Azərbaycan çadırı” ilə yüksək səviyyədə təmsil olunur.