Şirvan sakinindən külli miqdarda heroin, marixuana və həb götürülüb
07.06.2024 [11:07]
Xəbərin mətni
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüsal Muradov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun idarə etdiyi nəqliyyat vasitəsinə və yaşadığı ünvana baxış zamanı külli miqdarda heroin və marixuana, eləcə də narkotik tərkibli həblər aşkarlanıb.