Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın və Ağalıda daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb

07.06.2024 [13:20]

Xəbərin mətni

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin məşğulluğuna dəstək tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Laçın şəhərinə, Laçının Zabux kəndinə və Zəngilan rayonunun Ağalı kəndində köçürülən sakinlərdən daha bir qrup şəxsə iyunun 7-də Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim olunub.