CƏMİYYƏT


Şəhid İsmayıl Xəlilov Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb

Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də İsmayıl Anatoliy oğlu Xəlilovdur.
AZƏRTAC xəbər verir ki, iyunun 7-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığa gətirilib.
Dəfn mərasimində qəsəbə sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.