CƏMİYYƏT
FHN Füzulidə təlim keçirib
07.06.2024 [16:09]
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən həyata keçirilən “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində Füzuli rayonunun Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş maarifləndirici təlim təşkil olunub.
Məktəblilərin fövqəladə hallarla bağlı davranış qaydaları, o cümlədən təxliyə barədə biliklərinin artırılması məqsədilə təşkil olunmuş tədbirin nəzəri hissəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən fövqəladə hallar zamanı zəruri davranış qaydaları barədə, o cümlədən əmək təhlükəsizliyinin əhəmiyyəti, mina təhlükəsindən qorunmağın yolları, qaz, elektrik və yanğın təhlükəsizliyi, liftdən istifadə qaydaları, ilk yardım mövzularında ətraflı məlumat verilib, suallar cavablandırılıb.