Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şəhid Nazim Şirinovun nəşinin qalıqları Mehdiabadda torpağa tapşırılıb

07.06.2024 [16:18]

Xəbərin mətni

Bu il aparılan ekshumasiya işləri nəticəsində kimliyi məlum olan 73 nəfərdən biri də 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz acan Şirinov Nazim Şirin oğludur. O, 1993-cü il oktyabrın 23-də Fizuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid hərbçimizin nəşinin qalıqları Fizulidə adsız qəbiristanlıqda tapılıb. Aprel ayında kimliyi məlum olan baş polis çavuşunun qalıqları iyunun 7-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində torpağa tapşırılıb.