Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sumqayıtda 15 avtomobilin şüşəsini sındıran və velosipedlər oğurlayan şəxslər saxlanılıblar

07.06.2024 [17:11]

Xəbərin mətni

Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) şəhər ərazisində avtomobillərin şüşələrinin sındırılaraq salonlarından pul, mobil telefon, və digər qiymətli əşyaların oğurlanması barədə çoxsaylı şikayətlər daxil olub. Hadisə yerlərinə baxış zamanı əməllərin eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr yaranıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisələri törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Zakir Nurəliyev saxlanılıb. İlkin araşdırmalarla onun Sumqayıtda 15 avtomobilin şüşəsini sındıraraq oğurluq etdiyi müəyyən edilib.