Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayda ağır yol qəzası baş verib

07.06.2024 [17:28]

Hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun, Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində minik avtomobilinin sürücüsünun sol qolu qopub. Hadisədən sonra ağır xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.