Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu qəsəbələrə yeni avtobuslar veriləcək

07.06.2024 [19:24]

Havalar istiləşdikcə istismar müddətini başa vuran avtobusların problemləri yenidən üzə çıxır. Sərnişinləri maraqlandıran məsələlərdən biri də, ünvanına vaxtında və rahat çatmaqdır. Bəs avtobusların sayının artırılması və yaxud köhnə avtobusların yeniləri ilə əvəzlənməsi istiqamətində hansı işlər görüləcək?
Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, Bakının yeni marşurt şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə hazırlanıb. Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir.