Qaxda minik avtomobili traktorla toqquşub
07.06.2024 [21:46]
Hadisə rayonun Əlibəyli kəndinin girişində baş verib. Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili traktorla toqquşub. Qəza zamanı dörd nəfər, Qax rayon sakinləri 1981-ci il təvəllüdlü Cəfər İsmayıl oğlu İsmayılov, 1981-ci il təvəllüdlü Oruc Nurməmməd oğlu Əhmədov, Hicran Şamil oğlu Hacıxanov və Elsevər Nurməmməd oğlu Əhmədov xəsarət alıb. Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə və müalicələri davam etdirilir.