CƏMİYYƏT


TƏBİB-in rəhbəri bazar günü xəstəxanalarda həkim çatışmazlığı olması barədə iddiaya münasibət bildirib

“Həkimlərimiz normal əmək qanunvericiliyi ilə tənzimlənən iş rejimi ilə işləməlidir. Burada qanunazidd addımlar ata bilmərik. Həkimlər 6 günlük iş rejimində çalışırlar”.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bazar günü xəstəxanalarda həkim çatışmazlığı olması barədə iddialara münasibət bildirərkən deyib.