CƏMİYYƏT


Azərbaycanlı gənclər Londonda xarici tələbələr üçün mobil tətbiq qurub

AZƏRTAC xəbər verir ki, tətbiqin təqdimat mərasimi Azərbaycanın Londondakı səfirliyində baş tutub. Tətbiqin 22 yaşlı həmtəsisçisi Mirkazım Seyidzadə qeyd edib ki, o, 7 ildir Londonda yaşayır və bu illər ərzində Azərbaycandan gələn tələbələrin Britaniyada müxtəlif çətinliklərlə qarşılaşdığının şahidi olub. O bildirib ki, tələbələrin ən çox ev tapmaq, buradakı yeni mühitə uyğunlaşmaq kimi problemləri olur: “Mobil tətbiq vasitəsilə azərbaycanlı və xarici tələbələr onların təhsil alacağı universitetdəki digər tələbələrlə əlaqə quracaqlar. Bundan başqa, kirayə ev tapmaq, hava limanından qarşılanma, ev təmizliyi, müxtəlif ölkələrə vizaların alınması kimi funksiyalardan da istifadə edə biləcəklər”.