CƏMİYYƏT
“Qara bazar”da dəyəri 13 milyon manat olan narkotik dövriyyədən çıxarılıb
08.06.2024 [17:25]
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 31 əməliyyat keçirib. Nəticədə 39 nəfər və 4 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar. Əməliyyatlarla “qara bazar”-da dəyəri 13 milyon manat olan 325 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 3 kiloqram zəhəri maddə olan civə, 2 min ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib.