Azərbaycan Dövlət İnformasiya Agentliyi

Astronavt Tuva Cihangirin uçuşdan əvvəl ailəsi ilə görüşü EKSKLÜZİV

08.06.2024 [18:00]

Xəbərin mətni

Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangirin kosmosa uçacağı ana sayılı saatlar qalır.
AZƏRTAC-ın Nyu-Meksikoya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, missiya zamanı o üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib. Həmçinin astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə bayrağı və Azərbaycan bayrağı ilə başlayıb. Tuva Cihangir Atasever və missiyanın digər üzvləri, onları yola salan doğmaları və media nümayəndələrinin qarşısında “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.