Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yevlaxda güclü küləklə müşahidə olunan yağıntının fəsadları aradan qaldırılır

09.06.2024 [16:28]

Xəbərin mətni

İyunun 8-də Yevlax rayonu ərazisində güclü külək əsməsi və şiddətli yağış yağması nəticəsində elektrik və su təsərrüfatına ciddi ziyan dəyib. Belə ki, elektrik dirəkləri və ağaclar aşıb, kabellər zədələnib, rayonun elektrik enerjisi ilə təminatında fasilələr yaranıb. Kanalizasiya xətləri su axınını çatdırmadığından yağıntılar küçələrdə və prospektlərdə yığılıb, gölməçələr yaranıb.