Goranboyda güclü yağış fəsadlar yaratdı
09.06.2024 [17:24]
Goranboya güclü yağışdan sonra sel gəlib.Bu gün axşam saatlarında rayonun Veysli,Yeni qəsəbə, Rəhimli, Qazanbulaq, Borsunlu, Qazaxlar, Goranlı Qazançı kəndlərində və Kürəkçay qəsəbəsində sel sulları fəsadlara yol açıb.Sözügedən kəndlərdə sel sulaları əkin sahələrinə, avtomobil yollarını yararsız hala salıb. Qazançı, Goranlı, Qarapilmi kəndlərinə gedən avtomobil yolunun sel sulların altında qalıb, kəndlərə gediş-gəlişdə çətinliklər yaranıb.