Gəncədə yeraltı piyada keçidinə su dolub
09.06.2024 [17:55]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yağan intensiv yağışlarla əlaqədar yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.