Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ayağı velosipedin pedalına sıxılıb qalmış uşağa FHN kömək etdi

10.06.2024 [09:49]

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedalı ilə korpusu arasında sıxılıb qalmış 2018-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.