Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətai rayonunda nəqliyyat vasitəsi oğurlanıb

10.06.2024 [15:10]

Xəbərin mətni

Xətai rayonunun Sarayevo küçəsindən paytaxt sakini olan bir nəfərin “Mercedes” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Şakir İbrahimov avtomobillə birgə saxlanılıb.
Qeyd edək ki, avtomobilin sahibi maşının salonunu sərin olması üçün kondisioneri işlək vəziyyətdə saxlayıb. Sahibinin nəqliyyat vasitəsini tərk edən zaman qapıların açıq qaldığını müşahidə edən Ş.İbrahimov avtomobili qaçıraraq həmin ünvandan uzaqlaşıb.