Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Artıq mobil tətbiq vasitəsilə Təcili Tibbi Yardım çağıra biləcəyik

11.06.2024 [11:49]

Günümüzün aktual məsələlərindən biri də Təcili Tibbi Yardım briqadalarının çağırışa vaxtında çatmasıdır. Bir çox hallarda bu mümkün olsa da, bəzi hallarda gecikmələr də yarana bilir. Bəs görəsən hələ də bu halların baş verməsinin səbəbi nədir? Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədlinin sözlərinə görə sözügedən məsələdə beynəlxalq praktikada olduğu kimi vahid sistemin yaradılmasına ehtiyac var ki, ölkəmizdə bu istiqamətdə işlərin görülməsinə artıq start verilib.