Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qurban Bayramı namazının vaxtı açıqlanıb

11.06.2024 [13:08]

Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2024-cü il 27 may tarixli 32/105 saylı məktubuna əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə iyunun 16-na təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər. İyunun 16-da məscidlərimizdə Bayram namazları qılınacaq. Bu barədə AZƏRTAC-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev məlumat verib.