Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qurban kəsənlər bu qaydalara əməl etməlidir

11.06.2024 [17:28]

İslam aləminin böyük ehtiramla qeyd etdiyi Qurban bayramına cəmi bir neçə gün qalıb. Allahın insanlığa lütfü olan bu bayramın vacib əməlləri var. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən iyun ayının 16-da ölkəmizin məscidlərində bayram namazları qılınacaq. Qurbanlıq üçün seçilən heyvanlar isə mütləq sağlam heyvanlar olmalı və kəsilərkən bir sıra şəriət qaydalarına riayət olunmalıdır.