Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şuşaya köçən ailələrə yeni mənzillərinin açarları təqdim olunub

12.06.2024 [16:00]

Xəbərin mətni

Bu gün növbəti köç karvanı ilə Şuşa şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 21 ailə olmaqla, 85 nəfər Şuşa sakini doğma yurduna qovuşub.
Açarların təqdim olunma mərasimində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.