Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib

12.06.2024 [17:06]

Ötən gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun bir-neçə ərazisində hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülüb, hərəkət bərpa olunub.