Azərbaycan Dövlət İnformasiya Agentliyi

Culfada kənd avtomobil yolunda yaranan məhdudiyyət aradan qaldırılıb

12.06.2024 [17:30]

Xəbərin mətni

Güclü yağış nəticəsində yaranan sel suları Culfa rayonunun Gal-Şurud kənd avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil qatı gətirib və yolun bəzi hissələri yararsız hala düşüb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əraziyə agentliyin əməkdaşları cəlb olunub. Qreyder vasitəsilə yolda hamarlanma işləri aparılıb və hərəkətin fasiləsizliyi, təhlükəsizliyi təmin olunub.