ELM VƏ TƏHSİL


Bakı Avropa Liseyində “Son zəng” çalındı

Bu gün onların ən duyğulu və sevincli günüdür. 11 il eyni sinif otağını bölüşən məktəblilər üçün “Son zəng” çalınır. Ölkə üzrə 102 120 nəfər XI sinfi bitirir.
Nümunəvi təhsil ocaqlarından biri olan Bakı Avropa Liseyinin kollektivi bu günə xüsusi hazırlaşıb. 2023-2024-cü tədris ilində Liseydən 94 nəfər məzun olur. Onların arasında qızıl medala namizəd olan şagirdlər də var.