ELM VƏ TƏHSİL


102 nömrəli məktəbdə “Son zəng” günü yaşananlar

14 iyun 2024-cü il. Bu gün hərkəs həyacanlı, hər kəs kədərlidir. Bu tarix onların yaddaşından heç vaxt silinməyəcək. Onlar son dəfə eyni parta arxasında sinif yoldaşları ilə birlikdə oturub müəllimlərinə qulaq asırlar, amma bu dəfə müəllim dərs izah etmir, məzunlara öz arzularını deyir və o an gəlib çatır, sinif otağıyla sağollaşan məzunlar, “Son zəng” tədbirini qeyd etmək üçün məktəbin həyətinə gedirlər.