ELM VƏ TƏHSİL


Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin sükutla anılması ilə başlayıb. Festivalın keçirilməsində məqsəd təhsilalanların yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların estetik zövqünün formalaşdırılması və incəsənətə marağının artırılması, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.