ELM VƏ TƏHSİL


700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram

Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə əsasən, Şəki şəhər 18 nömrəli orta məktəbin məzunu Zərifə İlyasova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.
AZƏRTAC xəbər verir ki, dünənin abituriyenti, bu günün tələbəsi Zərifə imtahanın birinci mərhələsində də maksimim nəticə, yəni 300 bal toplamışdı. Zərifə blok imtahanlarından maksimal toplayan zaman əməkdaşımızla söhbətində iyun ayında yeni uğura imza atacağına söz vermişdi. Budur, Şəki məktəblisi 1-ci ixtisas qrupu üzrə ölkə birincisidir.