Universitetlərə qəbulda keçid balları necə olacaq?
21.06.2024 [13:16]
Ötən tədris ili ilə müqayisədə bu il yüksək bal toplayan abituriyentlərin sayı artıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, təkcə III ixtisas qrupu üzrə 500 və 600-dən çox bal toplayan abituriyentlərin sayında kəskin artım var. Müqayisə üçün bildirək ki, ötən il bu qrup üzrə 370 nəfər 600-dən çox bal toplamışdısa, bu il ilk cəhddə bu rəqəm 947 nəfərdir. Qəbul imtahanlarının hələ yekunlaşmadığını, bütün qruplar üzrə imtahanların 2-ci cəhdinin keçiriləcəyini nəzərə alsaq, bu rəqəmlərin arta biləcəyi istisna olunmur. Bəs bu nəticələr keçid ballarına necə təsir göstərəcək?