Mil-Muğan regionu üzrə 450-yə yaxın müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
21.06.2024 [18:14]
Xəbərin mətni
Bu gün Mil-Muğan regionu üzrə sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda 450-yə yaxın müəllim iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlar 3 bölgədə təşkil edilib.