CƏMİYYƏT
Masallının çiyələk sahələrində məhsul boldur
21.06.2024 [21:07]
Xəbərin mətni
Masallıda çiyələk sahələri 30 faiz genişlənib. Ötən təsərrüfat ilində 266 hektar sahədə çiyələk yetişdirən təsərrüfat sahibləri bu il əkin yerini 300 hektara çatdırıblar. Çiyələk əsasən Masallının Şərəfə, Təklə, Çaxırlı, Təzə Alvadı və Köhnə Alvadı kəndlərində yetişdirilir. Havaların əlverişli keçməsi məhsuldarlığa müsbət təsir göstərib.