Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Paytaxtda növbəti ümumşəhər iməciliyi keçirilib

22.06.2024 [13:19]

Xəbərin mətni

Şəhərimizin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən iyunun 22-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb.