CƏMİYYƏT


Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 2-si müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.