CƏMİYYƏT
Leysan yağışları Şimal-Qərb bölgəsində ciddi fəsadlar yaradıb
23.06.2024 [16:45]
Leysan yağışları, dolu və güclü külək Şimal-Qərb bölgəsində ciddi fəsadlar yaradıb. Gecə saatlarından etibarən Zaqatalanın, Qaxın, Balakənin və Şəkinin kəndlərində sel-sular yolları dağıdıb, təsərrüfatlara ziyan vurub. Təbii fəlakət daha çox Zaqatalanın bir neçə yaşayış məntəqəsində daha çox hiss olunub.