ELM VƏ TƏHSİL


Nurlan İsmayılbəyli: Əməkhaqqına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir

Cari ildə sertifikatlaşdırmada iştirak edən müəllimlərin müsahibə mərhələsindən sonra əməkhaqqına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, 2022-ci və 2023-cü illərdə təşkil olunmuş sertifikatlaşdırma prosesindən 31 min 948 nəfər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi uğurla keçib.