İDMAN


Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə yüksək nəticələrə imza atmaqda davam edirlər. Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında mübarizə aparan üzgüçülərimizdən Süleyman İsmayılzadə 400 metr məsafədə sərbəst üsulda bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə milli komandanın üzvü Süleyman İsmayılzadə 4,01 nəticə ilə kürsünün ən yüksək pilləsinə yüksəlib.
Xatırladaq ki, "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları 28 iyun-4 iyul tarixlərini əhatə edir.