ELM VƏ TƏHSİL


Bakıda “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir

İyulun 1-də ADA Universiteti, Elm və Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, “Təhsildə bərabərliyə doğru: tədqiqat və təcrübəyə nəzər” devizi altında keçirilən konfrans alimləri, təhsil siyasətinin icrasında iştirak edənləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirərək tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edib.