ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb

İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, test imtahanları iyulun 2-dən 10-dək ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək. İmtahanların ilk günündə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub.