ELM VƏ TƏHSİL


Vahid tələbə kartı yaradılır- hansı yeniliklər olacaq?

Təhsilin inkişafı fondu tərəfindən hazırlanan yeni layihəyə əsasən yeni tələbə kartı yaradılacaq. “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti ilə universitetlərdə vahid tələbə kartının yaradılması artıq müzakirə olunub. Bəs görək yeni tələbə kartının hansı üstünlükləri olacaq? Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə yeni tələbə kartları həm də tələbələrin bank kartı rolunu da oynayacaq.