Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Xocalı, Xankəndi və Şuşada olub

05.07.2024 [14:28]

Prezident İlham Əliyev iyulun 5-də Xocalı, Xankəndi və Şuşada olub. Dövlətimizin başçısı Xocalı hava limanında olub, Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub, əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib, Konqres Mərkəzinin təməli qoyulub, əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib. Sonra Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin, sutəmizləyici qurğular kompleksinin, Aşağı Gövhər Ağa məscidinin, Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışlarında iştirak edib.