ELM VƏ TƏHSİL
Qazaxda məktəblilər üçün yay düşərgəsi fəaliyyətə başlayıb
08.07.2024 [15:28]
Xəbərin mətni
ADA Universiteti, ADA Universitetinin Qazax Mərkəzi (Qazax Müəllimlər Seminariyası) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qazaxda region məktəbliləri üçün “Yaşıl dünya naminə həmrəylik ili” yay düşərgəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək düşərgədə Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarından olan 8-9-cu siniflərdə təhsil alan şəhid və qazi övladları iştirak edirlər.