ELM VƏ TƏHSİL


Bu il daha 100 bağçanın monitorinqi aparılacaq

Ötən il 50 bağçada keyfiyyət sisteminin qurulması ilə bağlı beynəlxalq standartlara uyğun olaraq hazırlanmış alətlər əsasında monitorinq aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib. O bildirib ki, hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür: “Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə seminarlar keçirilib. Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq”.