ELM VƏ TƏHSİL
Yaxın günlərdə Laçının Sus və Zabux kəndlərində uşaq bağçaları açılacaq
09.07.2024 [12:42]
Yaxın günlərdə Laçının Sus və Zabux kəndlərində uşaq bağçaları açılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, növbəti illərdə Füzuli və ehtiyac olacağı təqdirdə Şuşada məktəbdaxili icma əsaslı məktəbəqədər təhsil qrupları olacaq.