Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə bu il daxil olan müraciətlərin sayı açıqlanıb

11.07.2024 [16:58]

Xəbərin mətni

2024-cü ilin 6 ayında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 43 min 553 müraciət cavablandırılıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlər və müraciətlərlə iş sektorunun müdiri Pərviz Əliyev deyib. O bildirib ki, Çağrı Mərkəzinə 23 min 803, Vətəndaş Qəbulu Mərkəzinə 1456 müraciət daxil olub.