Oğuzun Xaçmaz kəndində çay sahilində küp qəbirlər aşkarlanıb
11.07.2024 [17:28]
Xəbərin mətni
Oğuzun ucqar Xaçmaz kəndi qədim yaşayış məntəqələrimizdən biridir. Kənd mənbəyini Böyük Qafqazdan götürən Qala çayın sol sahilində yerləşir.
AZƏRTAC xəbər verir ki, Xaçmaz kəndinin sakinləri bu qədim yaşayış məntəqəsinin kənarından axan Qala çayının sol sahilində küp qəbirlər aşkarlayıblar.
Sakinlər məsələ barədə müvafiq orqanları məlumatlandırıblar və ərazidə arxeoloji, ya da tədqiqat işlərinin aparılmasını zəruri hesab edirlər.