Azərbaycan Dövlət İnformasiya Agentliyi

İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

12.07.2024 [01:17]

Xəbərin mətni

İyulun 11-də İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İşaq Dar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə etdilər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI