Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda yol qəzası baş verib

12.07.2024 [11:19]

Xəbərin mətni

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, qəza hadisəsi Tovuz şəhərinin girişində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq maneəyə çırpılıb. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.